Qüdrət Həsənquliyev ATƏT təmsilçiləri ilə görüşdü
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) Azərbaycan Respublikasının Prezidentliyinə qeydə alınmış namizəd Qüdrət Həsənquliyev BAXCP-nin mənzil-qərargahında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürösunun (DTİHB) seçki müşahidə missiyasının rəhbəri Ouen Mörfi, siyasi analitik Dominik Houel və missiyanın digər təmsilçiləri ilə görüşüb.
Bu barədə Redaktor.az-a BAXCP-dən məlumat verilib.
Bildirilib ki, görüşdə prezidentliyə namizəd Qüdrət Həsənquliyev missiya təmsilçilərinin imzatoplama və təbliğat-təşviqat kampaniyaları, eləcə də BAXCP-nin seçki platforması və digər məsələlərlə bağlı suallarını cavablandırıb.