Ukrayna və Azərbaycan diasporları arasında əməkdaşlıq Memorandumu imzalandı - FOTO

 17:14 22.01.2024     235

Bu gün Ukrayna və Azərbaycan diasporları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Memorandum imzalanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski bildirib.

“Bu hadisənin bütün dünyada ukraynalıların Birlik Gününü qeyd etdiyi bu gün baş verməsi simvolikdir.  Axı bütün ukraynalıların səylərinin birləşdirilməsi Ukraynanın qaçılmaz qələbəsinə, suverenliyin və ərazi bütövlüyünün bərpasına zəmanət verən ən güclü silahdır.

 Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu ilə Azərbaycandakı Ukraynalıların Birləşmiş İcması arasında Memorandum xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün möhkəm zəmin yaradır və Ukrayna ilə strateji tərəfdaşlığın inkişafı çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcək. Memorandumun məqsədi, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən silahlı təcavüzü kontekstində Ukrayna və Azərbaycan diasporlarının səylərini və birgə fəaliyyətini əlaqələndirməkdir”, - diplomat bildirib.

Kanevski Ukraynadakı Azərbaycan diasporunun rəhbəri Hikmət Cavadovu və Azərbaycandakı Ukrayna İcmasının rəhbəri Tamila Musayevanı səfirliyin binasında qəbul edərək, Ukraynaya dəstək məqsədilə həyata keçirilən layihələrin həyata keçirilməsində mümkün töhfələrinə görə onlara təşəkkürünü bildirib.

222222