Keçmiş deputata hökm oxundu - FOTO - YENİLƏNİB
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Redaktor.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda hökm oxunub.
Məhkəmənin hökmü ilə D.Xəlilovun ümumi məhkumluq müddəti 14 il 9 aya, A.Cavadovun məhkumluq müddəti isə 12 il 6 aya qaldırılıb.
***
17:40
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun məhkəmə istintaqı yekunlaşıb.
Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.
Prokuror Dünyamin Xəlilovun 15 il müddətinə, Azad Cavadovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.