Əli Əsədov Aleksey Overçukla görüşdü

 19:24 22.01.2024     264

Azərbaycanın Baş Naziri Əli Əsədov Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələləri və birgə layihələrin icrasının gedişi müzakirə olunub.

Tərəflər 2024-2026-cı illər üçün Azərbaycan-Rusiya əməkdaşlığının əsas sahələrinin inkişafına dair Yol Xəritəsinin imzalanmasının vacibliyini qeyd ediblər.