“Demarkasiya komissiyalarının yeni iclasının keçirilməsi ilə bağlı razılıq var"

 16:29 23.01.2024     307

“Demarkasiya istiqamətində də işlər davam etdirilib. İyul və noyabr aylarında sərhədin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə müvafiq komissiyaların iclasları keçirilib. İş qrafikini razılaşdırmaq mümkündür”.

Redaktor.az "hraparak.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2023-cü ilin yekun mətbuat konfransında deyib.

“Demarkasiya komissiyalarının yeni iclasının keçirilməsi ilə bağlı razılıq var və təbii ki, nəqliyyat infrastrukturunun blokdan çıxarılması üçün də eyni qaydada iş gedir", - deyə erməni nazir bildirib.

Turan İSMAYIL