"Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə kanalı var" - AÇIQLAMA

 16:35 23.01.2024     335

Ermənistan və Azərbaycan xarici işlər nazirlikləri, eləcə də iki ölkənin digər idarələri arasında dövlət başçılarının administrasiyaları arasındakı təmas kimi birbaşa rabitə kanalı mövcuddur.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

"Biz qeyd etdik ki, Ermənistan və Azərbaycan rəhbərlərinin administrasiyaları arasında birbaşa əlaqə kanalı var. Deməliyəm ki, oxşar kanal Ermənistan və Azərbaycanın xarici işlər nazirlikləri, eləcə də digər idarələr arasında mövcuddur", - deyə o qeyd edib.

Turan İSMAYIL