Polkovnik Karen Calavyan Qarabağa görə dindiriləcək

 12:10 24.01.2024     234

Qarabağda ordu komandiri, polkovnik Karen Calavyan (Keh) Areqasar yüksəkliklərinin təslim edilməsi ilə bağlı iş çərçivəsində dindiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Armlur məlumat yayıb.

Artsax Müdafiə Ordusunun keçmiş komandanı, general-leytenant Mikael Arzumanyana qarşı iş açılıb. Qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Karen Calavyanı dindirməyə dəvət etməlidir.

İş qapalı məhkəmə iclasında araşdırılır.

Xatırladaq ki, istintaq general Mikael Arzumanyanı onun göstərişi ilə döyüş əməliyyatları zamanı Martakert rayonunda iki gün əvvəl geri alınan Areqa yüksəkliklərinin təslim edilməsində ittiham edir. Daha bir epizodda Arzumanyan vəzifə səhlənkarlığı və hərəkətsizlikdə ittiham olunur. 2020-ci ilin sentyabr ayının sonunda Areqa yaxınlığında baş verən döyüşlərdə Arzumanyan Şuşa istiqamətinə komandanlıq edib və müharibənin son mərhələsində, o cümlədən Şuşa uğrunda gedən döyüşlərdə sələfi yaralandığı üçün artıq orduya komandanlıq edib.

Arzumanyan özü ona qarşı irəli sürülən ittihamları rədd edib.

NƏRGİZ