"Bu, Paşinyanın Əliyevə "təşəkkür"üdür" - Suren Surenyants

 11:29 26.01.2024     193

"Yaxın günlərdə 8 yeni mina xəritəsi Azərbaycan tərəfinə veriləcək. Paşinyan bu addımı ilə görünür Əliyevə Qarabağ separatçılarının liderlərinin həbsini daha dörd ay uzatdığına görə “təşəkkür” edir".

Redaktor.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants Facebook səhifəsində yazır.

Bildirək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən gün əvvəl minalanmış sahələrlə bağlı 8 yeni forma müəyyən etdiyini və yaxın günlərdə Bakıya təhvil veriləcəyini açıqladı. Onların surətləri Ermənistanın beynəlxalq tərəfdaşlarına da veriləcək.

Bəyanatda qeyd olunur: “Azərbaycan mətbuatında mina partlayışları nəticəsində Azərbaycan vətəndaşlarının bədən xəsarətləri alması ilə bağlı bir sıra məlumatlardan sonra və Ermənistan Respublikasının Baş Nazirinin Aparatı ilə Ermənistan Prezidentinin Administrasiyası arasında aparılan danışıqlar nəticəsində sazişin davam etdirilməsindən sonra Azərbaycan Respublikasında 2023-cü il dekabrın 7-də Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağda keçmiş hərbi qulluqçular arasında sorğu işini bərpa edib, nəticədə 8 yeni forma yaranıb.

Formalar yaxın günlərdə işçi kanallarla Azərbaycan tərəfinə veriləcək. Bu sənədlərin surətləri beynəlxalq tərəfdaşlara göndəriləcək”.

NƏRGİZ