"Ermənistanın Azərbaycana verəcəyi 8 xəritənin dürüstlüyünə inanmıram" - AÇIQLAMA

 17:11 26.01.2024     526

"Ermənistan mina xəritələri mövzusunda manipulyasiya edir, çünki vaxtilə bu məsələdə üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Təəssüflər olsun ki, təkcə 10 noyabr bəyanatından bu yana 300-dən çox Azərbaycan vətəndaşının bu və ya digər formada Ermənistanın çoxvektorlu mina terroruna qurban getməyinə göz yumulub, səs çıxarılmayıb".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Tural ismayılov Ermənistanın yaxın günlərdə Azərbaycana 8 yeni mina xəritəsi təhvil verəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görəəgər vaxtında Avropa İttifaqı Şurası və onun rəhbəri Şarl Mişelin minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistana çağırışları praktiki təzyiqə çevrilsəydi, eyni zamanda, Rusiya Ermənistana bu məsələdə təzyiqlər etsəydi, Ermənistan vaxtında mina xəritələrini Azərbaycana təhvil verərdi:

"Amma biz gördük ki, Ermənistan heç vaxt mina xəritələrini Azərbaycana vermək niyyətində olmayıb və bu, əslində Ermənistanın Azərbaycan xalqına qarşı terror həyata keçirmək niyyətlərini bir daha nümayiş etdirir. Yəni bu ölkə maraqlıdır ki, sivil Azərbaycan vətəndaşları müxtəlif minalara qurban getsinlər. Ona görə də Ermənistan indiyə kimi mina xəritələri məsələsində mövzunu yayındırmağa çalışıb. Ermənistan sonuncu dəfə 8 yeni mina xəritəsindən bəhs edərək, həm də indiyə qədər etmiş mina cinayətlərini növbəti dəfə etiraf etmiş olur. Və necə ki, bundan əvvəl verdikləri xəritələr saxta idi, indi də mən inanmıram ki, dürüst xəritələr verilsin".

Həmidə İBRAHİMLİ