Azərbaycandakı seçkilərdən sonra sülh prosesi sürətlənəcək - Paşinyan

 17:54 26.01.2024     250

"Mən həmkarıma Ermənistan hökumətinin Azərbaycanla münasibətləri normallaşdırmaq səyləri barədə də məlumat verdim".

Redaktor.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Gürcüstanda verdiyi açıqlamada deyib.

"Ümidvaram ki, Azərbaycanda prezident seçkilərindən sonra sülh müqaviləsini başa çatdırmaq üçün artıq razılaşdırılmış və məlum prinsiplər əsasında danışıqlar prosesi tam sürət qazanacaq", - deyə o qeyd edib.