Rusiya Mirzoyanı Bakı ilə razılaşmanı müzakirə etmək üçün Moskvaya səfərə dəvət edib - Zaxarova

 18:40 26.01.2024     593

Bir neçə gün əvvəl Moskva Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana İrəvan və Bakı arasında sülh müqaviləsini müzakirə etmək üçün Rusiya Federasiyasına səfər etmək üçün növbəti dəvət göndərib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Samveloviç Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib, digər məsələlərlə yanaşı, müxtəlif səviyyələrdə ikitərəfli təmaslar zamanı da müzakirə olunub. İrəvana sonuncu siqnal sözün əsl mənasında bir neçə gün əvvəl göndərilib”, - deyə diplomat işarə edib.

Turan İSMAYIL