Fransa ilə münasibətlər ən aşağı nöqtədədir - RƏSMİ

 12:19 27.01.2024     209

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa ilə münasibətlərin ən aşağı nöqtədə olduğunu bildirib.

Redaktor.az-ın məlumatına görə, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan bu münasibətlərin böhran həddinə çatması üçün heç bir təşəbbüs göstərməyib, mövcud durumun səbəbkarı Fransa olub.

O qeyd edib ki, Azərbaycana qarşı sistemli qərəzin arxasında duran bir nömrəli ölkə məhz Fransadır: "Azərbaycan özünə qarşı belə addımları cavabsız qoyacaq ölkə deyil".