"Erməniəsilli seçicilər də səsvermədə iştirak edə bilərlər" - MSK sədri

 10:31 29.01.2024     194

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov erməniəsilli seçicilərin də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcəyini deyib.

Redaktor.az xəbər verir ki, bunu MSK sədri jurnalistlərlə söhbətində deyib.

Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur.

"Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur", - deyə Pənahov vurğulayıb.