Almaniyanın XİN rəhbərinin müavini ilə görüş keçirilib

 13:34 29.01.2024     214

Almaniya xarici işlər nazirinin müavini Cennifer Morqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən qafqazinfo-ya verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıq prosesi üzrə fikir mübadiləsi aparılıb.