"Necə ki, Qarabağa qayıdış başlayıb, digər bölgələrimizə də dönüş başlamalıdır" - Zahid Oruc

 15:02 31.01.2024     470

Prezidentliyə namizəd Zahid Oruc təbliğat-təşviqat kampaniyası çərçivəsində Abşeron rayonunda seçicilərlə görüş keçirib.

Redaktor.az xəbər verir ki, görüşdə izdiham yaşanıb, namizədin platforması maraqla qarşılanıb, ona çox sayda suallar verilib. Zahid Oruc bildirib ki, onun platformasında təhsil və səhiyyə işçilərinin maaşlarının artırılması kimi önəmli məsələlər yer alır.

Görüşdə eyni zamanda, istehsalın artırılmasına yönəlik istiqamətlər səsləndirilib. Namizəd yeni bir ölkə quruculuğunun təməlinin atıldığını ifadə edib. Bildirib ki, Bakı şəhərinin əhalisi kəskin şəkildə çoxalıb, necə ki, Qarabağa Böyük Qayıdış başlayıb, digər bölgələrimizə də dönüş başlamalıdır. Rayonlarda çox sayda iş yerləri açılmalıdır ki, Bakıya toplanmış əhali öz yerlərinə geri qayıtsın. Vurğuladı ki, yerli istehsala diqqət artırılmalı, istehsalçılar həvəsləndirilməlidir.

22