"Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmir" - Spiker
"Avropadakı müəyyən qüvvələr Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə heç cür barışa bilmir".
Redaktor.az-ın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, narahatlıq doğuran əsas məsələ Cənubi Qafqazda yaranan yeni reallığın bəziləri tərəfindən qəbul edilməməsidir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.