Seçicilərə qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi müddəti başa çatdı

 10:44 04.02.2024     281

Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb.

Redaktor.az xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.

Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.