Təşviqat bitir

 10:01 05.02.2024     204

Sabah növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatır.

Redaktor.az xəbər verir ki, yanvarın 15-dən start götürən proses fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Həmin müddətdə seçki məntəqələrinin qarşısında ayrılmış xüsusi lövhələrdə namizədlərlə bağlı məlumatlar yerləşdirilib, seçicilərlə görüşlər keçirilib, namizədlərə ödənişsiz efir vaxtı ayrılıb.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.