MDB missiyası Zahid Orucun Seçki Qərargahının üzvləri ilə görüşdü - FOTO

 14:28 05.02.2024     362

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi missiya ilə prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahının üzvləri arasında görüş keçirilib.

Redaktor.az xəbər verir ki, görüşdə çıxış edən namizədin Seçki Qərargahının rəhbəri professor Tahirə Allahyarova seçki mühitiylə bağlı əhatəli mövqeyini qonaqların diqqətinə çatdırıb.

Qeyd edib ki, kifayət qədər ciddi, tarixi seçki baş tutacaq, bu, dünyada keçiriləcək seçki marafonunun başlanğıcına təsadüf edir. Bildirib ki, təmsil etdiyi namizədin platforması cəmiyyətin bütün təbəqələrinin tələblərinə cavab verir. Qeyd edib ki, Azərbaycanda digər missiyalar da seçki hesabatları hazırlamaqla məşğuldurlar, MDB-nin müşahidə missiyasının seçkilərlə bağlı hesabatının kifayət qədər əhatəli və ədalətli olacağına inamını ifadə edib.

O bildirib ki, kampaniya dönəmində Zahid Orucun Seçki Qərargahı kifayət qədər ciddi fəaliyyət göstərib. Onun televiziya çıxışlarında həm təkliflər, həm də problemlər əhatəliliyi ilə fərqlənib. Vurğulayıb ki, bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etdikdən sonra keçirilməsi önəmlidir, bu mənada həm də suverenlik seçkisi saymaq olar.

Missiya rəhbəri isə bildirib ki, xaricdən gələn digər missiyalar arasında olduqca obyektiv, tərəfsiz, faktları boyamadan çatdırmağa çalışacaqlar və namizədə uğurlar arzu ediblər.

222