MSK sədri prezident seçkilərini izləyəcək yerli müşahidəçilərin sayını açıqladı

 10:43 06.02.2024     206

Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.