"Hökümətdə dəyişikliklərin olacağını gözləyirəm" - Zahid Oruc

 11:35 07.02.2024     652

"Hökümətin yenidən formalaşması, dəyişikliklərin olacağını da bir Zahid Oruc olaraq gözləyirəm".

Redaktor.az xəbər verir ki, bunu Prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.

"Düşünürəm ki, millətimizin tarixində yeni bir dövrün başlanğıcı olacaq. Yeni bir səhifənin başlanğıcı münasibətilə xalqımızı öncədən təbrik etmək olar", - deyə prezidentliyə namizəd əlavə edib.

Humay İSGƏNDƏRLİ