Moldovada yaşayan həmvətənlilərimiz səs verir

 12:07 07.02.2024     156

Növbədənkənar Azərbaycan prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb.

Redaktor.az xəbər verir ki, bu ölkənin paytaxtı Kişinyovda Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsi açılıb.

Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır.

Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb.

Müşahidəçilər prosesi izləyir.