"Seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təzyiqlər dayanacaq" - Zahid Oruc
"20 faiz yükdən azad olmaq təkcə coğrafi bütövlüyü yox, həm də vətəndaş bütövlüyü yaradıb".
Redaktor.az xəbər verir ki, bunu prezidentliyə namizəd Zahid Oruc növbədənkənar prezident seçkilərində səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
O söyləyib ki, 7 fevraldan sonra yeni bir gündəlik formalaşır:
“30 il ərzində bizə iradəmizdən kənar amilli gündəlik diqtə olunmuşdu. Hesab edirəm ki, seçkilərdən sonra Azərbaycana olan beynəlxalq təzyiqlər azalacaq və ya dayanacaq. Hansısa standartı Avropa ilə müqayisədə görməyən qüvvələr belə millətin məntəqələrdəki bugünkü iradəsini görüb qiymətləndirəcəklər. Görəcəklər ki, bu, xalqın iradəsidir. Millətin mövqeyi olan yerdə kimin qalib gəlməsindən asılı olmayaraq hamı qalib olacaq”.
Humay İSGƏNDƏRLİ