Azərbaycanın ən yaşlı kişi seçicisi səs verdi - FOTO
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Hər bir vətəndaş kimi respublikanın ən yaşlı kişisi - 104 yaşlı Fərrux Səməd oğlu Hacıyev də səsvermədə iştirak edib.
Redaktor.az xəbər verir ki, o, 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib. Yaşı ilə əlaqədar məntəqədən ona daşınan qutu gətirilib.
Səs verən Fərrux Hacıyev - “Heydər babamızın oğlu İlhama səs verirəm”, - deyə qeyd edib.