Gəncədə İlham Əliyevin qələbəsi qeyd olunur

 21:12 07.02.2024     273

Gəncədə İlham Əliyevin növbədənkənar prezident seçkilərində inamlı qələbəsi bayram əhval-ruhiyyəsi ilə qeyd olunur.

Redaktor.az xəbər verir ki, şəhər sakinləri avtomobillərlə yürüş edərək, küçələrdə Zəfər seçkisinin nəticələrini böyük sevinclə qarşılayıblar.

Qeyd edək ki, ABŞ-ın “Oracle Advisory Group” təşkilatı, “Rəy” Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardıqları exit-polların nəticələrini açıqlayıblar. “Oracle Advisory Group” təşkilatı Prezident İlham Əliyevin seçicilərin 93,9 faizinin, “Rəy” Monitorinq Mərkəzi 92,6 faizinin, Sosioloji Tədqiqatlar Mərkəzi isə 92,4 faizinin səsini qazandığını bildiriblər.

Vumart və Güvən reklamı Vumart Güvən