Prezident seçkiləri bütün qaydalara uyğun keçirildi - Milorad Kojik

 11:35 08.02.2024     191

"Azərbaycanda Prezident seçkiləri bütün qaydalara uyğun keçirildi".

Redaktor.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Bosniya və Herseqovinadan olan deputat Milorad Kojik deyib.

“Seçkilərin keçirilməsinə bütün inzibati qurumlar yüksək səviyyədə hazırlaşmışdılar. Mənunluqla qeyd etmək istərdim ki, seçkilərin təşkilində iştirak edən qurumlar çox peşəkar hazırlaşmışdılar. Bizim oldğumuz məntəqələrdə seçicilərin səs verməsi üçün şərait çox yaxşı təşkil edilmişdi. Vurğulayım ki, seçkilərdə, həmçinin, əlilliyi olan şəxslər də iştirak edirdi, onların rahatllığı üçün bütün şərait yaradılmışdı”, - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən Prezident seçkiləri milli qanunvericiliyə və eyni zamanda, beynəlxalq standartlara uyğun keçirilib.