“Seçkilər çox yüksək səviyyədə, ədalətli və şəffaf keçdi" - MDB-nin baş katibi

 11:53 08.02.2024     207

Fevralın 8-də Müstəqil Dövlətlər Birliyinin (MDB) 13 nəfərdən ibarət müşahidə missiyası Növbədənkənar prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.

Redaktor.az xəbər verir ki, qurumun rəsmisi, Müstəqil Dövlətlər Birliyi nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibi Sergey Lebedev Azərbaycana prezident seçkilərinin yüksək səviyyədə təşkili üçün minnətdarlığını bildirib.

Seçki prosesi ilə bağlı fikirlərini bölüşən S.Lebedev seçkilərin yüksək seçici fəallığı ilə müşayiət edildiyini vurğulayıb, təşkilatçılığın beynəlxalq standartlara uyğun şəkildə olmasından məmnunluğunu ifadə edib. Seçicilərdə yüksək ruh yüksəkliyinin olduğunu deyən Baş katib onların müxtəlif təbəqələrdən olduqlarını diqqətə çatdırıb.

“Seçkilər çox yüksək səviyyədə, ədalətli və şəffaf keçdi. Proses Azərbaycan qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə aparılıb”, - deyə Sergey Lebedev vurğulayıb.