Tiflis İrəvan və Bakı üçün platforma təklif edir

 15:27 08.02.2024     192

Gürcüstan hakimiyyəti regionda sülh və sabitliyin təşviqi üçün mühüm addımlar atıb və Tiflisin Ermənistan və Azərbaycan arasında danışıqlar platformasına çevrilməsində maraqlıdır.

Redaktor.az xarici mediaya istinadən xəbər verir k, bunu parlamentdə çıxışı zamanı xarici işlər naziri vəzifəsinə namizəd İliya Darçiaşvili bildirib.

“Regionda sülh və sabitliyin təşviqi baxımından Gürcüstan “Sülh qonşuluq” təşəbbüsünün başlaması ilə mühüm addım atıb. Biz bu istiqamətdə iştirakımızı davam etdirməyə hazırıq. Biz istəyirik ki, Tiflis gələcəkdə qonşularımız üçün tərəflər arasında etimadın yaradılmasına töhfə verəcək istənilən aktual mövzunu müzakirə edə biləcəkləri məkana çevrilsin”, - deyə Darçiaşvili bildirib.

Xatırladaq ki, bu gün Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yeni hökumətə etimad göstərməlidir.

Turan İSMAYIL