Omanın Sultanı İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik etdi

 20:05 10.02.2024     267

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə Oman İnformasiya Agentliyi (ONA) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Omanın Sultanı Azərbaycan Prezidentinə səmimi təbriklərini və ən xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı diləyib.

Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə dost Azərbaycan xalqını tərəqqi və firavanlığa aparan yolda uğurlar arzulayıb, iki ölkə arasında dostluq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.