Sərhəddə münaqişə potensialı yüksəkdir - KTMT

 12:19 14.02.2024     368

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində münaqişə potensialını yüksək hesab edir.

Redaktor.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi general-polkovnik Andrey Serdyukov deyib.

O hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün sülh müqaviləsi lazımdır.

"Qərb Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Bakı və İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır", - deyə general əlavə edib.

T.İSMAYIL