İrəvandan Bakıya TƏKLİF

Ermənistan Azərbaycana iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyi təklif edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir.
"Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 15-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın hökumətin iclasındakı çıxışını şərh edib. Oktyabrın 6-da Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və Alma-Ata Bəyannaməsi delimitasiya prosesinin siyasi əsasına çevrilir. Biz Azərbaycana bu saziş əsasında sərhədin delimitasiyası prosesini sürətləndirməyi təklif edirik və Ermənistan Respublikasının buna hazır olduğunu təsdiq edirik” - o qeyd edib.
Turan İSMAYIL