Əli Əsədov iqtisadiyyatı çox yaxşı bilir - Ziyafət Əsgərov

 10:18 16.02.2024     274

“Fevralın 14-də cənab prezidentin andiçmə nitqinə canlı şahidlik etdik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələnin müzakirəsində deputat Ziyafət Əsgərov deyib.

“Əli müəllim professionaldır, iqtisadiyyatı çox yaxşı bilir, Moskvada təshil alıb. Əli Əsədovun Baş nazir olmasını məncə, hamımız dəstəkləməliyik. Mən də dəstəkləyirəm və razılıq verirəm”.

Humay İSGƏNDƏRLİ