Prezidentin təşəbbüsü reallıqdan irəli gəlir - Elnur Allahverdiyev

 10:20 16.02.2024     302

“Əli Əsədovun yenidən baş nazir təyin edilməsi təşəbbüsünü dəstəkləyirəm”.

Redaktor.az xəbər verir ki, bunu plenar iclasda Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələnin müzakirəsində deputat Elnur Allahverdiyev deyib.

“Biz Əli müəllimin rəhbərliyi ilə baş verəcək çətinliyin aradan qaldırılması məsələsini görmüşük. Onun rəhbərliyi ilə hər il artan büdcənin rekordunu görmüşük, cənab prezidentin təklif və təşəbbüsü reallıqdan irəli gəlir”,- deyə o bildirib.

Humay İSGƏNDƏRLİ