Türkiyə Azərbaycana görə AŞPA-ya etiraz etdi

 14:40 16.02.2024     496

Türkiyə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan Nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi barədə qərarından təəssüflənir.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir.

“Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə dəvət edir”, - deyə bəyanatda bildirilir.