Mirzoyan ABŞ rəsmisi ilə son hadisələri müzakirə etdi

 18:51 16.02.2024     219

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin Qafqazda danışıqlar üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Həmsahiblər Cənubi Qafqazda təhlükəsizlik məsələlərini, həmçinin regionda baş verən son hadisələrə toxunulub. Ermənistan və ABŞ arasında ikitərəfli tərəfdaşlığın gündəliyinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.

Turan İSMAYIL