"Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırıq" - Kansler
Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
Deutschland und Europa stehen bereit, die Friedensverhandlungen zwischen Armenien und Aserbaidschan nach Kräften zu unterstützen. Das habe ich im Gespräch mit beiden Ländern bekräftigt. Gut, dass beide Seiten zugesagt haben, offene Fragen ohne neue Gewalt lösen zu wollen. #MSC pic.twitter.com/oz7OXDS68h
— Bundeskanzler Olaf Scholz (@Bundeskanzler) February 17, 2024