Paşinyan Mişellə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə etdi
Ermənistanın Baş naziri və Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişel Ermənistan-Azərbaycan münasibətlərini müzakirə ediblər.
Redaktor.az xəbər verir ki, bunu Mişel özünün "X" hesabında yazıb.
“Nikol Paşinyanla Aİ-Ermənistan münasibətləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması barədə yaxşı müzakirə apardıq”, - o yazıb.
Mişelin sözlərinə görə, Aİ-nin gündəliyində Cənubi Qafqazda sülh, sabitlik və rifah gündəliyi mühüm yer tutur.
T.İSMAYIL