İtaliya səfiri Mingəçevirə səfər etdi

 21:12 22.02.2024     226

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri “AzərenerjiASC” ASC-nin prezidenti Baba Rzayev və “Ansaldo Energia” şirkətinin baş direktoru Fabritsio Fabbri ilə birlikdə Mingəçevir Su Elektrik Stansiyasında olub.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, "Ansaldo" tərəfindən istehsal olunan yeni qaz turbinlərinin quraşdırılması prosesinin gedişi yoxlanılıb.