"Yenə qardaş ölkənin bizə yardımını görürük" - Sahib Alıyev

 11:36 23.02.2024     215

“Aradan 10 gün keçməsinə baxmayaraq biz cənab Prezidentin burdakı andiçmə çıxışının təsiri altındayıq”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

“Bizim güclülüyümüz cənab prezidentin vurğuladığı kimi, texnoloji inkişafdır. Rəqəmsallaşdırma, süni intellekt kimi inkişafda yenə qardaş ölkənin bizə yardımını görürük. Türkiyə daim Azərbaycanın yanındadır”,- deyə millət vəkili bildirib.

Humay İSGƏNDƏRLİ