Ermənistan və Fransa əməkdaşlığa dair sənədlər  İMZALADI

 11:55 23.02.2024     215

Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Digər müqavilə isə müdafiə nazirinin müavini Karen Brutyanla adı açıqlanmayan fransız şirkətinin nümayəndəsi arasında imzalanıb.

Sazişlərin detalları açıqlanmayıb.