"Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı yoxdur" - Numan Kurtulmuş

 16:24 25.02.2024     213

Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı yoxdur.

Redaktor.az-ın xəbərinə görə, bunu Azərbaycana səfərdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirib.

Numan Kurtulmuş deyib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasını istəyir: “Ermənistanla Azərbaycan arasında problem Ermənistandakı ermənilərin deyil, Avropa və Amerikadakı erməni diasporu və o bölgədə sülh istəməyən çevrələrlə bağlıdır. 30 il ərzində ermənilərin işğalı altında olan Qarabağ bölgəsi 44 gün ərzində azad edildi. Nikol Paşinyanın bunu qəbul edəcəyi anlamına gələn sözləri xüsusən erməni diasporu tərəfindən böyük təpgi ilə qarşılandı. Ermənistanın bu bölgədə Azərbaycanla sülh və barış şəraitində yaşamaqdan başqa bir şansı yoxdur".