"Xocalı soyqırımını törədən canilərə ən ağır cəza veriləcək"

 16:31 26.02.2024     305

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün Xocalı soyqırımı şəhidlərini anırıq. Biz bu gün bir qrup Xocalı sakini Xocalı deyil, eyni zamanda Xankəndiyə də gəlmişik".

Bu sözləri Redaktor.az-a açıqlamasında Xocalı rayonunun keçmiş icra başçısı, Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən Xocalının çox dəyərli, görkəmli bir yerində Xocalı şəhidlərinin xatirəsinə ucaldılacaq çox böyük bir kompleksin təməli qoyulub.

"O ki qaldı Xocalı soyqırımını törədən canilərə, qatillərə, hərbi cinayətkarlara, onlara Azərbaycan və beynəlxalq qanunlara əsaslanaraq ən ağır cəza verilməlidir. Allahın köməyi ilə də veriləcək", - deyə Elman Məmmədov vurğuladı.

Həmidə İBRAHİMLİ