Ceyhun Bayramovla Mirzoyanın görüş yeri məlum oldu
Azərbaycan və Ermənistan XİN rəhbərləri Berlində görüşəcəklər.
Redaktor.az-ın TASS-a istinadən verdiyi xəbərə əsasən, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşü fevralın 28-29-da baş tutacaq.