Ceyhun Bayramov erməni həmkarı ilə sülh müqaviləsini müzakirə edir - YENİLƏNİB - FOTO
Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsi ətrafında müzakirələr aparacaqlar.
Redaktor.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.
***
13:34
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.
Redaktor.az xəbər verir ki, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.
Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.