"Ermənistan Konstitusiyasında ərazi iddiaları qəbuledilməzdir"
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Redaktor.az-a verilən xəbərə görə, görüşdə Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarının, qeyri-konstruktiv mövqe və ritorikasının davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.