Müdafiə Nazirliyindən yayılan video ilə bağlı AÇIQLAMA

 21:13 28.02.2024     505

Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial media kanalları Laçın istiqamətində guya bugün səhər saatlarında baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş, dezinformasiya xarakterli video paylaşıblar.

Bu barədə Redaktor.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünki hadisə ilə heç bir əlaqəsi yoxdur.