"Bizim üçün müharibə bitdi, işğal bitdi" - Prezidentin köməkçisi

 16:26 01.03.2024     227

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, ölkəsi üçün Ermənistanla müharibə başa çatıb, dövlət sülh və inkişafa diqqət ayırır.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Azərbaycanın Ermənistan ərazisinə iddiası ilə bağlı bəzi lazımsız söz-söhbətlər dolaşır. Belə bir şey yoxdur. Bizim üçün müharibə bitdi, işğal bitdi. Biz sülhə, dövlətimizin inkişafına diqqət yetiririk", - Hikmət Hacıyev bu barədə Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı müzakirə zamanı bildirib.

Azərbaycan Prezident Administrasiyasının nümayəndəsi vəziyyətə nikbin baxmağa çağırıb. "Azərbaycanla Ermənistan arasında sülh var. Son beş ayda bir insident (iki ölkənin sərhədində) istisna olmaqla, az-çox sakit keçib", - o vurğulayıb.

T.İSMAYIL