“Berlində Bakı və İrəvan arasında razılıq əldə olunub”

 23:46 01.03.2024     284

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib

O qeyd edib ki, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədi ilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.