Ceyhun Bayramov: "Ermənistan qızışdırıcı bəyanatlardan çəkinməlidir"

 11:00 02.03.2024     171

Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında yazıb.

O, Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmidlə görüşdüyünü, onunla regional və beynəlxalq hadisələr barədə danışdığını qeyd edib.