"Azərbaycanla sülhə ən qısa vaxtda nail ola bilərik" - Rubinyan

 17:53 02.03.2024     208

Azərbaycan və Ermənistan normallaşma əlaqələrinin əsas prinsipləri barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “CNN Türk”ə müsahibəsində deyib.

O bildirib ki, əsas məsələlərdən dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanıması və suverenlik əsasında kommunikasiya xətlərinin açılmasıdır: “Sülhə ən qısa vaxtda nail ola bilərik. Ermənistan siyasi iradəyə sahibdir. Heç bir xarici güc bizi dayandıra, bizə təsir edə bilməz”.

Vitse-spiker qeyd edib ki, Ermənistan sülh üçün əlindən gələni edir: "Türkiyə və Ermənistan arasında normallaşma əlaqələri İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına da təsir edə bilər".